Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi qalmaqalında

Baxış: 63
Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi qalmaqalında


Sumqayıt şəhərində yerləşən Nəsimi adına Mədəniyyət parkında tikinti məqsədilə sağlam ağacların kəsildiyi ilə bağlı görüntülər yayılıb. Şəhər sakinləri parkın bir hissəsində əvvəllər sıx ağaclıq olan ərazidə ağacların yerində böyük qazıntı sahələrinin yarandığını iddia edirlər.

Məsələ ilə bağlı həmin ərazidə tikinti işlərini həyata keçirdiyi deyilən Şərur MTK-nın rəhbəri İsfəndiyar Axundov bildirib ki, şirkətin nə həmin ərazidə ağac kəsməsi, nə də Sumqayıtda hər hansı layihə həyata keçirməsi barədə məlumatı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sözügedən ərazidə ağacların kütləvi kəsilməsi ilə bağlı yayılan görüntü və iddialar Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılacaq. Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, qeyd olunan ərazidə tikinti işləri hazırda müvəqqəti dayandırılıb.

Qurumdan həmçinin qeyd olunub ki, parkda ağacların kütləvi kəsilməsi ilə bağlı icra hakimiyyətinə hər hansı rəsmi müraciət daxil olmayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.