Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət

Baxış: 72
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət


Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) bununla bağlı xəbərdarlıq yayıb.

Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinli hava yollarda görünüş məsafəsini məhdudlaşdırır və sürücülərə ciddi çətinliklər yaradır: “Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə qeyri-sabit hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir”.

Həmçinin vurğulanıb ki, sinoptiklərin məlumatına əsasən, iyunun 28-dək davam edəcək yağışlı hava piyadaların da hərəkətində çətinliklər yaradacaq, eləcə də moped və motosiklet idarə edən şəxslər üçün əlverişsiz olacaq. Bu səbəbdən onlardan yağmurlu hava şəraitini nəzərə almaq, özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaradan davranışlardan çəkinmək xahiş olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.