Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb

Baxış: 63
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb


Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

"Bu barədə MN-in yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, rəhbər heyət hərbi qulluqçuların qayğıları və təminat məsələləri ilə maraqlanıb, eləcə də hərbi hissədə yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, hərbi hissədə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların peşəkarlığının artırılması üçün müasir standartlara cavab verən bütün imkanlar mövcuddur.

Müdafiə naziri şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün onların üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd edib. Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinin daima Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu vurğulayıb.

Sonda hərbi hissənin təlim şəhərciyində olan heyət hazırlıq məşğələlərinin keçirilməsini izləyib, artilleriya vasitələrinin vəziyyəti və istismarı ilə də maraqlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.