Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AQSİA üzvləri Beauttech salonlar şəbəkəsində müəssisə ziyarətində iştirak ediblər

Baxış: 207


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (#AQSİA) üzvləri #Beauttech salonlar şəbəkəsinə müəssisə ziyarəti həyata keçiriblər. Ziyarət çərçivəsində şirkətin təsisçisi və rəhbəri, eyni zamanda AQSİA İH üzvü  Elnarə Nəhmədova qonaqları qarşılayaraq müəssisənin fəaliyyəti, inkişaf yolu və mövcud filialları haqqında qısa məlumat verib. Daha sonra üzvlər salonun xidmətləri ilə əyani şəkildə tanış olublar.
Sahibkartv.az xəbər verir ki, Görüş zamanı AQSİA-nın bir sıra üzvləri #Beauttech-in daimi müştəriləri olduqlarını bildirərək təqdim olunan xidmətlərin keyfiyyətindən məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, #Beauttech 2008-ci ildən fəaliyyət göstərir və bu gün 6 filialda 150 nəfərlik heyətlə xidmət təqdim edir. Şirkət nəzdində fəaliyyət göstərən stilist məktəbi vasitəsilə peşəkar kadrların hazırlanmasına töhfə verir. Müasir idarəetmə yanaşmaları tətbiq edən şəbəkə, CRM sistemi və çağrı mərkəzi xidməti ilə müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir.  
Qonaqpərvərliyinə görə Elnarə xanıma və Beauteech komandasına dərin təşəkkürümüzü bildiririk








Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.