Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir Məcnun Məmmədov Xızı və Abşeronda yerləşən quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub

Baxış: 54


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xızı və Abşeron rayonlarında fəaliyyət göstərən quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Əvvəlcə Xızı rayonunda yerləşən süfrə yumurtaları və ətlik quş əti istehsalı istiqamətində ixtisaslaşan “Giləzi-quşçuluq şirkəti” MMC və “Yaşma Quşçuluq” MMC-yə baş çəkən nazirə müəssisələrdə görülən işlər barədə məlumat verilib, quşçuluğun inkişafı, sənaye üsulu ilə quş əti istehsalında mövcud vəziyyət, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.
Sahibkartv.az xəbər verir ki, Daha sonra nazir Məcnun Məmmədov Abşeron rayonu Zirə qəsəbəsində damazlıq yumurta istehsalı ilə məşğul olan “Xəmsə M” MMC quşçuluq müəssisəsinin və inkubator sexinin fəaliyyəti ilə tanış olub. Nazirə müəssisənin mövcud vəziyyəti, quşçuluq təsərrüfatlarında dayanıqlı istehsalın təmin edilməsi, məhsuldarlığın artırılması, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar barədə məlumat verilib.
Görüşlərdə quşçuluqda istehsalın və ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, istehsalda yeni texnika və müasir texnologiyaların tətbiq edilməsi, quşçuluqda düzgün yem norması və yemləmə standartlarının müəyyən edilməsinin məhsuldarlığa və xəstəliklərə davamlılığa göstərdiyi təsir, kəsim və emal proseslərində beynəlxalq tələblərə uyğunluğun vacibliyi, bu sahədə kadr potensialının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.  


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.