Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

DYP-dən yollardakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ

Baxış: 36
DYP-dən yollardakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ


“Hazırda paytaxtda və digər şəhər və rayonlarda yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb edir”.

Sahibkartv.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi (BDYP) məlumat yayıb.

Xüsusilə qeyd edilib ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir:

“Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini yüksəldir.

Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorusunlar, sürət həddinə ciddi şəkildə riayət etsinlər, qəfil manevrlərdən çəkinsinlər və yol hərəkəti qaydalarına tam əməl etsinlər.

Eyni zamanda, piyadalardan da xahiş edirik ki, yolları yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, sürüşkən yol örtüyünü nəzərə alsınlar, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqət yetirsinlər və öz təhlükəsizliklərini daim ön planda saxlasınlar”.

Qurum bütün yol hərəkəti iştirakçılarını ayıq-sayıq olmağa, diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırıb:

“Yalnız yol hərəkəti qaydalarına riayət etməklə və ehtiyatlı olmaqla mümkün risklərin qarşısını almaq mümkündür”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.