Azərbaycanda pensiya sistemi dəyişir - YENİLİKLƏR
Tarix: 15-09-2025, 15:30
/
Baxış: 428
Azərbaycanda pensiya sistemi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Sənəd ölkədə özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur. Bildirilir ki, bununla vətəndaşlara dövlət pensiyasından əlavə özəl fondlardan da təqaüd almaq imkanı veriləcək. Yəni bu, mövcud dövlət sistemi ilə rəqabət deyil, əlavə seçimdir.
Özəl pensiya fondları vətəndaşların yığım vərdişlərinin formalaşmasına stimul verə bilərmi? Bu, pensiya sisteminin dayanıqlılığına və uzunmüddətli maliyyə sabitliyinə necə təsir göstərəcək?
Globalinfo.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda özəl pensiya fondları haqqında qanun layihəsinin hazırlanması əhəmiyyətli bir islahat sayılır və pensiya sisteminin gələcəkdə necə formalaşacağına ciddi təsir edə bilər:
“Azərbaycanda pensiyalar əsasən dövlət sosial sığorta sisteminə, yəni “pay-as-you-go” (PAYG) modelinə əsaslanır. Bu modeldə işləyənlərin ödədiyi vəsaitlər hazırda pensiya alanlara yönəldilir. Əhali yaşlananda və işçi-pensiyaçı nisbəti azaldıqca bu sistemdə maliyyə təzyiqi artır.
Özəl fondların əlavə edilməsi fərdi yığım mexanizminin tətbiqi dövlət üzərində yükü azaldır və pensiya təminatının yalnız büdcədən asılı olmamasına imkan yaradır.
Özəl fondlarda toplanan vəsaitlər maliyyə bazarlarına yönləndiriləcək, bu da həm kapital bazarının dərinləşməsinə, həm də pensiya ödənişlərinin daha sabit və şaxələnmiş mənbələrdən təmin olunmasına gətirib çıxara bilər.
Pensiya fondlarının topladığı vəsaitlər səhm, istiqraz, daşınmaz əmlak fondları və digər maliyyə alətlərinə yatırıldıqda ölkədə uzunmüddətli maliyyə resurslarının həcmi artır. Azərbaycanda qiymətli kağızlar bazarı hələ tam inkişaf etməyib. Özəl pensiya fondlarının fəaliyyəti bu bazarı stimullaşdıraraq daha çox şirkətin birjada listinq olunmasına səbəb ola bilər”.
İqtisadçı qeyd edib ki, fondlar düzgün tənzimlənərsə maliyyə sisteminə əlavə “yastıq” yaradılır və böhran dövrlərində dövlətin yükü azalır:
“Vergi güzəştləri və ya dövlətin müəyyən bir hissə ilə yığımlara qoşulması vətəndaşları aktiv iştirak etməyə təşviq edə bilər. Hazırda insanların əksəriyyəti gəliri qısa müddətli istehlaka yönəldir. Özəl pensiya fondları isə uzunmüddətli maliyyə planlaşdırma və qənaət vərdişini gücləndirə bilər.
Vətəndaşların fondlara etimadı ən kritik faktordur. Şəffaflıq, dövlət nəzarəti, beynəlxalq audit və risklərin sığortalanması bu etimadı artırmalıdır. Proses risklərdən də xali deyil. Məsələn, fondların səhv investisiya qərarları vətəndaşların yığımını təhlükəyə ata bilər. Vəsaitlərin uzunmüddətli alətlərdə dondurulması təcili ehtiyac zamanı çıxış imkanlarını da məhdudlaşdıra bilər”.
Ekspert əlavə edib ki, ilk mərhələdə vətəndaşların fondlara qoşulmaqda tərəddüdü mümkündür:
“Ümumiyyətlə, özəl pensiya fondlarının yaradılması Azərbaycanda pensiya sisteminin uzunmüddətli dayanıqlılığını gücləndirə, dövlətin sosial yükünü azalda və kapital bazarının inkişafına təkan verə bilər. Bununla yanaşı, bu fondlar vətəndaşların yığım və maliyyə savadlılığı mədəniyyətinin formalaşmasında əsas stimul rolunu oynaya bilər. Amma uğurun açarı güclü qanuni baza, dövlət nəzarəti və şəffaf idarəçilik olacaq”.
Digər xəbərlər
Xəbər lenti
00:12
01-03-2026
01-03-2026
23:20
28-02-2026
28-02-2026
20:34
28-02-2026
28-02-2026
12:35
28-02-2026
28-02-2026
11:11
28-02-2026
28-02-2026
11:00
28-02-2026
28-02-2026
10:22
28-02-2026
28-02-2026
10:11
28-02-2026
28-02-2026
10:08
28-02-2026
28-02-2026
09:39
28-02-2026
28-02-2026
09:24
28-02-2026
28-02-2026
09:00
28-02-2026
28-02-2026
22:11
27-02-2026
27-02-2026
21:48
27-02-2026
27-02-2026
21:18
27-02-2026
27-02-2026
20:43
27-02-2026
27-02-2026
20:33
27-02-2026
27-02-2026
20:16
27-02-2026
27-02-2026
19:44
27-02-2026
27-02-2026
19:34
27-02-2026
27-02-2026
19:14
27-02-2026
27-02-2026
18:51
27-02-2026
27-02-2026
18:31
27-02-2026
27-02-2026
18:21
27-02-2026
27-02-2026
17:49
27-02-2026
27-02-2026
17:33
27-02-2026
27-02-2026
17:17
27-02-2026
27-02-2026
17:11
27-02-2026
27-02-2026
16:53
27-02-2026
27-02-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Meyvə–tərəvəz əkinçiliyi ilə qurulan dayanıqlı kənd biznesi
27-02-2026 22:11
/
144
Bağ məhsullarında risk və qazanc balansı
27-02-2026 21:48
/
135
Meyvə və tərəvəz əkinində bazar analizi
27-02-2026 21:18
/
126
Kənd təsərrüfatında məhsul brendləşməsi
27-02-2026 20:43
/
144
Tərəvəz satışında düzgün qiymət balansı
27-02-2026 20:33
/
126
Meyvə istehsalında mövsüm planlaması
27-02-2026 20:16
/
126


































