Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazirlik xeyriyyə yarmarkasına bu stendlə qoşuldu - Fotolar

Baxış: 184
Nazirlik xeyriyyə yarmarkasına bu stendlə qoşuldu - Fotolar


İctimaiyyəti ətraf mühit istiqamətində aktiv iştiraka təşviq etmək, ekoloji məsuliyyət hissinin formalaşmasına dəstək olmaq məqsədilə “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz maarifləndirici stendi ilə qoşulub.
“Nazirliyin əməkdaşları və ekokönüllülər tərəfindən yarmarkanın qonaqları arasında ekoviktorina keçirilib, o cümlədən vətəndaşlar 79 ədəd işlənmiş batareya gətirərək müxtəlif stimullaşdırıcı hədiyyələr əldə ediblər. Tədbir çərçivəsində, həmçinin uşaqlar üçün master klass təşkil olunub.
Qeyd edək ki, tədbir cəmiyyət arasında ekoloji maarifləndirmənin yüksəldilməsi, təhlükəli tullantı sayılan batareyaların düzgün idarə olunması barədə məlumatlılığın artırılması məqsədilə təşkil olunub.








Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.