Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SİMA-dan istifadəçilərə göndərilən bildirişlərlə bağlı AÇIQLAMA - Foto

Baxış: 193
SİMA-dan istifadəçilərə göndərilən bildirişlərlə bağlı AÇIQLAMA - Foto


SİMA mobil tətbiqinin istifadəçilərə bildiriş göndərilib.
2 dəfə ardıcıl göndərilən bildirişdə sadəcə qarışıq hərflər qeyd edilib.
Bəzi istifadəçilər vəziyyətdən narahat olublar.
Mövzu ilə bağlı “AzInTelecom” MMC-dən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bildirişlər test məqsədlidir:
"Hörmətli SİMA İmza istifadəçiləri, nəzərinizə çatdıraq ki, SİMA İmza tətbiqində bildiriş funksionallığının təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirilir. Bu təkmilləşdirmə prosesi çərçivəsində bəzi istifadəçilərə səhvən test məqsədli bildirişlər göndərilib.
Yaranmış narahatlıq üçün üzr istəyirik" - açıqlamada deyilir.
Qeyd edək ki, SİMA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan bulud əsaslı yeni nəsil rəqəmsal imzadır.
Billurə


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.