Meşələrin qorunması üçün AI əsaslı yanğın proqnoz sistemləri yaradılır
22:11 / 03-03-2025
Ağıllı ağaclar ekosistemin bərpasına kömək edəcək
21:41 / 03-03-2025
Dənizdə tullantıların toplanması üçün süni intellekt robotları yaradılır
21:30 / 03-03-2025
Sosial yardım proqramlarında blockchain texnologiyası tətbiq edilir
21:23 / 03-03-2025
İT təhlükəsizliyində kvant şifrələmə dövrü başlayır
20:44 / 03-03-2025
Elektron dərman kapsulları xəstəliklərin effektiv müalicəsini təmin edir
20:19 / 03-03-2025
Ağıllı geyimlər insanların sağlamlığını izləyəcək
19:46 / 03-03-2025
Günəş enerjisi ilə işləyən su təmizləmə sistemləri istifadəyə verilir
19:30 / 03-03-2025
Süni intellekt əsaslı proqramlaşdırma köməkçiləri yaradılır
19:19 / 03-03-2025
Yeni nanotexnologiyalar avtomobillərin yanacaq sərfiyyatını azaldacaq
18:52 / 03-03-2025
Süni intellekt əsaslı həkim köməkçiləri səhiyyədə inqilab yaradır
18:30 / 03-03-2025
Ağıllı dronlar əkin sahələrində məhsul itkisini azaldacaq
18:22 / 03-03-2025
Virtual reallıq texnologiyası mühəndislik sahəsində inqilab yaradır
17:39 / 03-03-2025
Yeni bioplastiklər plastik çirklənməsinin qarşısını alacaq
17:30 / 03-03-2025
Robot psixoloqlar psixi sağlamlıq sahəsində yeni dövr açır
17:18 / 03-03-2025
Dəniz suyu ilə işləyən batareyalar enerji sektorunda çevriliş yaradır
16:42 / 03-03-2025
Ağıllı yollar nəqliyyat sıxlığını avtomatik idarə edəcək
16:16 / 03-03-2025
Təcili silahlanmalıyıq - Ursula von der Leyen
16:00 / 03-03-2025
Gələcəyin fermaları yeraltı hidroponik sistemlərə əsaslanacaq
15:44 / 03-03-2025
Azərbaycanda Aliment Fondu yaradıla bilər
15:30 / 03-03-2025
Kəndlərdə smart kənd təsərrüfatı texnologiyalarının tətbiqi genişlənir
15:17 / 03-03-2025
Sabah havanın temperaturu 13 dərəcəyədək artacaq
14:22 / 03-03-2025
Makron Ukraynada Avropanın sülh planını açıqlayıb
13:49 / 03-03-2025
İcra başçısına AĞIR İTKİ
13:13 / 03-03-2025
Zelenskiyə əsəbiləşən Tramp ilk prezident deyilmiş
12:54 / 03-03-2025
Bu məmurlar cərimələnəcək
12:41 / 03-03-2025
Onlar da şəhid ailəsinin üzvü sayılacaq
11:37 / 03-03-2025
Ağdərə rayonuna ilk köç karvanı yola salınıb
11:32 / 03-03-2025
Bu şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsi yaradıla bilər
11:11 / 03-03-2025
İctimai nəqliyyatda şagirdlər üçün gediş haqqı problemi: Necə həll olunmalıdır?

Bakıda avtobus sürücülərinin bəziləri şagirdləri ictimai nəqliyyata buraxmır. Dərsə gedən şagirdin hər birindən avtobusda gediş haqqı tələb olunur. Əksər şagird isə pulu olmadığından gediş haqqı vermədən avtobusu tərk edir.
Onların bu hərəkəti sürücüləri özündən çıxarır. Hətta bəzi sürücülər şagirdlərin arxasınca qışqır-bağır salaraq "hamınıza evdən çıxanda yol pulu verirlər, qəsdən vermirsiniz. "Köpək uşağı" gediş haqqını verməsəniz sizi avtobusa qoymayacam. Gedin evdə deyin ki, sürücü belə dedi" deyə onları aşağılayırlar.
Bəzi sürücülər isə şagirdlər avtobusa minməsin deyə bilərəkdən nəqliyyat vasitəsini məktəbin yanındakı dayanacağa 100 metr qalmış saxlayır. Şagirdlər gecə saatlarına kimi gözləməli olur, ya da 6-7 dayanacaq olan məsafəni piyada getməli olur.
Valideyn bir uşağı məktəbə aparmaq üçün ən azı 30, iki uşağa isə 60 manat ödəyir.
İctimai nəqliyyatda məktəblilərə niyə güzəşt edilmir?
4 çağırış Milli Məclisin deputatı olmuş Rüfət Quliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatın 60-70%-i şəxsi mülkiyyətdədir:
"Bu məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məşğul olmalıdır. Uşaqlar üçün xüsusi abonomentlər verilməlidir, ya da minumum qiymətə onlara satılmalıdır. Bunun həlli yolu budur. Bakının özündə 30-40 şirkət fəaliyyət göstərir. Onların hərəsinə bir məktub yazsan ki, şagirdlərdən gediş haqqı alınmasın, bu düz olmaz. Amma SSRİ vaxtında xüsusi bir aylıq abonomentlər var idi. Onun birini alanda bir ay avtobusda, trolleybuslarda, hətta metroda da istifadə etmək olardı. Bunun üçün xüsusi qanun lazım deyil, Nazirlər Kabineti 17-18 yaşına çatana qədər şagirdlər üçün qərar çıxartmalıdır. Bunu müzakirə edib, təkliflər vermək olar".
Sabiq deputat Etibar Əliyev isə burada bir nizamsızlıq, xaos hökm sürdüyünü xatırladıb:
"Şagirdlər avtobusdan pulsuz istifadə etməlidir. Belə hadisə ilə mən də rastlaşmışam və buna görə mənə də müraciət ediblər. Avtobus sürücüləri məktəbin yanında saxlamırlar. Bu hal nizamlanmalıdır, onsuz da valideynlərin kifayyət qədər təhsilə xərci çıxır. Bu gün ibtidai sinif şagirdləri də müəllim yanına hazırlığa gedirlər. Bu küllü miqdarda vəsait edir, valideynlərin büdcəsi dağılır".
Etibar Əliyev hesab edir ki, əgər məktəbdə normal təhsil olsa, valideyn bu vəsaiti övladının geyiminə və qidalanmasına xərcləyər:
"Yay aylarında dincəlməsinə də xərcləyə bilər. Bu pul valideynlərdən çıxır. Sovet vaxtı daimi bir kart verərdilər ki, bununla da bir aylıq avtobusdan istifadə etmək olardı. Avtobusa ödənilən vəsaitdən 80% ucuz başa gəlirdi. Bu sistemə keçid etmək lazımdır. Bu vəsiqələrin hər biri şagirdlərə verilməlidir. İkincisi, isə sürücülərin avtobusu saxlamaması, şagirdləri nəqliyyata götürməməsində bir tərbiyyəsizlik hökm sürür. Bu uzun illərdir ki, belədir, amma heç bir qurum ölçü götürmür".
Etibar Əliyev deyir ki, problem onun deputat olduğu illərdə Milli Məclisdə qaldırılıb:
"Mən özüm bu məsələni parlamentdə qaldırdım, amma məsələ müzakirə olunmadı və belə də qaldı. Gündə bir şagirdə gediş haqqı bir manat edir. İndiki əmək haqqı ilə şagirdə çəkilən xərc uzlaşmır. Düşünürəm ki, ən azı şagird sayı çox olan məktəblərə avtobus ayrılmalıdır. Dərsə gecikmə halları bütün dünyada qəbul olunmur. Şagird və valideynlərin bu məsələdə özlərinə bəraət qazandırmaları haqlıdır. Sürücü sən niyə şagirdi avtobusa minməyə qoymursan axı. Elm və Təhsil Nazirliyi bu kimi məsələlərə müdaxilə etmiş olsaydı, problem həllini tapardı".
Etibar Əliyev vurğulayıb ki, şagirdi avtobusa minməyə qoymayan sürücü cəzalanmalıdır:
"Bu şagirddir, cəmiyyətin gələcəyidir. Təhsil haqqında qanunda da bu var. Şagirdi avtobusa söyüşlə, təhqirlə mindirirlər, bu da onların psixologiyasına təsir edir. Bu məsələni heç psixoloqlar da qaldırmır. Bir neçə nəfər cəzalansa və bunu təbliğatı aparılsa, heç kəs şagirdi gediş haqqı vermədiyi üçün təhqir etməz. Şagird məktəbə nəylə getməlidir? Piyada? "Valideyn sənə pul verir, amma siz vermirsiniz” fikirində şagirdə böhtan atılır. Hardan bilirsən ki, doğrudan da pul veriblər? Bunlar gənc nəsili, yeniyetmələri bilərəkdən zəhərləyirlər. Düşünürəm ki, burada Elm və Təhsil Nazirliyindən nəsə ummaq yersizdir. Onlar nəsə etmək istəsəydilər, bunu çoxdan edərdilər”.
Bölməyə aid digər xəbərlər

Tarix: 26-12-2024, 09:00 Oxunub: 37
Bölməyə aid digər xəbərlər
18-12-2024, 14:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
13-12-2024, 15:00
Süni İntellektlə İdarə Olunan Təhsil Texnologiyaları
4-07-2024, 10:13
Türkiyədə meşə yanğınları! Yanğınlarda son vəziyyət!
25-06-2024, 14:23
Bayram zamanı pirat daşıma və hədsiz qiymətlərə görə rekord cərimə
20-06-2024, 15:58
“28 May” Nəqliyyat Mübadilə Mərkəzində aparılan təmirlə əlaqədar avtobus marşrutlarının hərəkət sxemləri dəyişdirilir
3-11-2023, 12:21
İşləyənlərin günlük "parkinq" xərcləri etiraz doğurur
12-10-2023, 15:00
Fermerlərə böyük zərər vuran 3-cü şəxslər kimdir? – MÜSAHİBƏ
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
9-02-2022, 23:10
Bakıda tramvay nəqliyyatı bərpa oluna bilər? - VİDEO
31-01-2022, 10:52
Azərbaycanda təhsil seqreqasiyası: Həkimləri birinci və ikinci dərəcəliyə ayıran qərarlar - ARAŞDIRMA + FOTO
24-12-2021, 11:25
Bəzi yollarda buzlaşma var - AÇIQLAMA
19-06-2021, 23:36
Xaricdə işləyən azərbaycanlı həkim: “Almaniyada xəstənin həkimə əng vurmağa ehtiyacı yoxdur” – MÜSAHİBƏ+FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
14-03-2021, 11:15
DİM bu gün qəbul imtahanı keçirəcək
2-01-2021, 14:37
Azərbaycanda inəklərin güzəştli sığortası başlayıb
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 22:26
Ukraynada sərnişinlərlə dolu avtobusu girov götürmüş cinayətkar tutuldu - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO