Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB

Baxış: 230
Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB


Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 3 nəfər (2-si qadın, 1-i kişi olmaqla) 04.10.2024-cü il tarixində saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar.
Travmatik şok və müştərək travma diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilən şəxs üzərində aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq 05.10.2024-cü il tarixində saat 01:00 radələrində onun ölüm faktı qeydə alınıb.
Müxtəlif növ bədən xəsarətləri alan digər 2 şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
***
Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən qadının kimliyi məlum olub.
Sahibkartv.az report-a istinadən məlumat verir ki, ölən qadın 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadədir.
Qeyd edək ki, ötən gün Yaşma qəsəbəsində BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə ölüb.
Qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbi araşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.