18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
ABŞ Federal Ticarət Komissiyası (FTK) hesab edir ki, “Meta”, “Google”, “TikTok” və sosial şəbəkələr və onlayn video ilə məşğul olan digər şirkətlər istifadəçilərə “geniş nəzarət” həyata keçirir.
Xarici mətbuata istinadla xəbər verir ki, 129 səhifəlik geniş hesabatda FTK sənaye təcrübələri ilə bağlı illər boyu apardığı araşdırmaya yekun vurub. Araşdırmada şirkətlər istifadəçilərin məxfiliyinə “davamlı diqqət” ayırmamaqda, məlumatlardan yeni süni intellekt alətləri yaratmaq üçün geniş istifadə etməkdə və uşaqlar üçün potensial risklərə müqavimət göstərməkdən imtina etməkdə ittiham olunur.
FTK-nın sədri Lina Han bildirib ki, hesabat şirkətlərin "insanların şəxsi həyatını təhlükə altına sala, azadlıqlarını təhdid edə və onları müxtəlif bədbəxtliklərə məruz qoya biləcəyini" göstərir.
"Uşaqların təhlükəsizliyi ilə bağlı nəticələr xüsusilə narahatlıq doğurur", - deyə o, əlavə edib.
2020-ci ildə FTK doqquz sosial şəbəkə və videoyayım provayderindən insanların şəxsi məlumatlarını necə topladıqları, istifadə etdikləri və satdıqları, məhsullarının alqoritmlərlə necə işlədiyi və s. haqqında məlumat vermələrini tələb edib.
Komissiya qanunvericilər və tənzimləyici orqanlar tərəfindən qeyri-şəffaflıq səbəbindən tez-tez tənqid edilən şirkətlərdən məlumat ala bilib. Bunlara “Amazon”, “Meta, “YouTube”, X, “TikTok” “Snap”, “ByteDance”, Discord”, “Reddit” və “WhatsApp” daxildir.
FTK əməkdaşları hesabatda "ümumi nəticələr"in təsvir edildiyini yazıblar, lakin qeyd ediblər ki, hər bir konkret halda hər bir şirkətə qarşı heç də bütün nəticələr tətbiq edilə bilməz. Bununla belə, onlar, istifadəçiləri riskə atan və ya onların məlumatlarının şirkətlər tərəfindən mənfəət əldə etmək üçün necə istifadə edildiyi barədə məlumatlandırmayan modellərin geniş yayıldığını qeyd ediblər.
Şirkətlər bu məlumatlardan süni intellekt məhsullarını işə salmaq üçün getdikcə daha çox istifadə etsələr də, istehlakçılar, bir qayda olaraq, “şəxsi məlumatlarının necə istifadə olunmasına əhəmiyyətli nəzarət edə bilmirlər”.
Tədqiqatın nəticələri “istifadəçi məlumatlarının toplanmasına əsaslanan biznes modelləri və istifadəçilərin özəl həyatının qorunması arasında daxili ziddiyyəti” üzə çıxarıb.
Bölməyə aid digər xəbərlər