22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Antiterror tədbirlərinin keçirilməsindən iki il ötür. Şuşanın işğaldan azad edilməsindən sonra imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini pozan işğalçı Ermənistana Azərbaycan dövləti dəfələrlə xəbərdarlıq etsə də, o, ərazilərimizdə olan terrorçu qruplaşmalarını nəinki çıxarmadı, hətta əlavə silah, sursat və terrorçular gətirməyi, təbii sərvətləri vəhşicəsinə talan etməyi davam etdirdi. Buna cavab olaraq Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsini qurması ilə Azərbaycan dövləti 1991-ci ildən sonra ilk dəfə olaraq bütün sərhədləri üzərində nəzarəti bərpa etdi. Bu tarixi hadisənin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Bu fikirləri müsahibəsində AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. O qeyd edib ki, işğalçı ölkənin təxribatlarına cavab olaraq Azərbaycanın 2023-cü il 19 sentyabrda başlatdığı və 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri uğurla başa çatdırıldı. Heç bir mülki obyekti və dinc insanı hədəf almamaqla Azərbaycan Ordusu dünyada ən humanist ordu olduğunu göstərdi.
“Bu, sadəcə antiterror tədbirləri deyildi. Uğurla yekunlaşan həmin tədbirlər əhəmiyyətinə görə böyükdür. İlk dəfə olaraq ölkəmizdə separatçı rejim diz çökdü və bütövlükdə separatçılığın kökü kəsildi. Azərbaycan xalqına və dövlətinə qarşı cinayətlər törətmiş şəxslər tutulub gətirilərək istintaqa cəlb edildilər. 1991-ci ildən sonra ilk dəfə olaraq Azərbaycan dövləti bütün ərazisində suveren hüquqlarını təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bununla işğalçı Ermənistana, dünya erməniliyinə, onları müdafiə edən qrup və dövlətlərə yerini göstərdi.
2024-cü ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyev Xankəndidə səs verməklə, özünün dediyi kimi, separatizmin tabutuna son mismarı vurdu və Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bu dövr dinc quruculuq, inkişaf, yüksəliş, daha güclü dövlət quruculuğu dövrüdür”, - deyə professor Musa Qasımlı fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər