
Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblərə əsasən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır.
Bu sözləri Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada" mövzusunda keçirilən seminarda söyləyib.
Ətraf mühitə dair informasiyanın iki növünün olduğunu diqqətə çatdıran Ayxan Sadıqlı bunların açıq informasiya və alınması məhdudlaşdırılan informasiyalar olduğunu deyib.





































