Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazirlik rəsmisi: "Müasir kənd təsərrüfatı üçün suvarma sistemi qapalı şəbəkə olmalıdır"

Baxış: 285


Nazirlik rəsmisi: Müasir kənd təsərrüfatı üçün suvarma sistemi qapalı şəbəkə olmalıdır
Azərbaycanda müasir kənd təsərrüfatı üçün suvarma sistemi qapalı şəbəkə olmalıdır.
"Sahibkartv.az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev bildirib.
"Biz işğaldan azad edilmiş ərazilərdə müasir kənd təsərrüfatı sisteminin qurulmasının tərəfdarıyıq. Bunun üçün isə suvarma sistemi qapalı şəbəkə olmalıdır. Biz layihəyə rəy verərkən bunu mütləq qeyd edirik ki, suvarma boruları keçən kənd təsərrüfatı əhəmiyyətli torpaqların ilk olaraq üst münbit qatı rekultivasiya edilməli, Daha sonra yerinə qoyulmalıdır. Biz rəyimizi verəndə bunu mütləq tələb etmişik”, - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.