Bu barədə “Sahibkartv.az”a AMB-dən məlumat verilib.
Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 troy unsiya (31,1 qram), 1/2 troy unsiya (15,55 qram), 1/4 troy unsiya (7,78 qram), 1/10 troy unsiya (3,11 qram) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.
Çəki | Metal | Nominal AZN | Satış qiyməti AZN |
1 troy unsiya (31,1 qram) | qızıl | 100 | 3752,03 |
1/2 troy unsiya (15,55 qram) | qızıl | 50 | 1886,02 |
1/4 troy unsiya (7,78 qram) | qızıl | 20 | 990,51 |
1/10 troy unsiya (3,11 qram) | qızıl | 10 | 422,20 |
Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışını və geri alışını Mərkəzi Bank hayata keçirəcək
Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi (