Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda ilk dəfə gəmi istehsalında yerli kabellərdən istifadə ediləcək

Baxış: 275


Azərbaycanda ilk dəfə olaraq gəmi istehsalında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, "Sumqayıt Texnologiyalar Parkı" MMC-yə (STP) daxil olan “STP Global Cable” MMC-nin istehsal etdiyi kabellərdən istifadə ediləcək.
"Sahibkartv.az" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, qurumun idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC ilə STP arasında əməkdaşlığa dair müqavilə imzalanıb. İlkin mərhələdə gəmiqayırma müəssisəsi “STP Global Cable”dən müxtəlif parametrli və sertifikatlı - 0.6/1KV yanğına davamlı ekranlı güc və aydınlatma, 250V individual ekranlı xəbərləşmə və kontrol, Cat 6A SFTP (individual olaraq daxilindəki tellər izolasyalı), Rg59/u+2x0.75 (antena və güc kabeli birlikdə olan) kabelləri alacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.