Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zakir Həsənov: "Müharibədən sonrakı islahatlar peşəkar Ordunun formalaşmasına səbəb olub"

Baxış: 256


Zakir Həsənov: Müharibədən sonrakı islahatlar peşəkar Ordunun formalaşmasına səbəb olub
Vətən müharibəsindən sonra aparılan yeni islahatlar peşəkar Ordunun formalaşmasına səbəb olub.
"Sahibkartv.az" xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz Komando Təməl” və "Sualtı hücum xüsusi təyinatlısı" kurslarının növbəti buraxılış mərasimində deyib.
Nazir qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Həmçinin Z.Həsənov dəniz xüsusi təyinatlıları ilə görüşərək Vətən müharibəsi zamanı onların şücaətinin təqdirəlayiq olduğunu bildirib. Dəniz xüsusi təyinatlılarının göstərdikləri qəhrəmanlıqlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin onların hər birinə yüksək dəyər verdiyini xüsusi vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.