Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Goranboyda yas mərasimləri ilə bağlı tədbirlər görüləcək, maarifləndirmə işləri aparııacaq” - Rüstəm Nağıyev

Baxış: 148


Son günlərdə yas mərasimlərində hazırlanan yeməklərin çoxluğu və bununla bağlı israfçılıq məsələsi ciddi müzakirələrə səbəb olub. Nəticədə Azərbaycanın bəzi rayonlarında yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb. Bəzilərində isə bunun yığışdırılması fonunda tədbirlər görülür. Həmin rayonlardan biri də Goranboydur.
Məsələ ilə bağlı Sahibkarlar Konfederasiyasının Goranboy rayonu üzrə nümayəndəsi Rüstəm Nağıyevlə əlaqə saxladıq. R.Nağıyev saytımıza açıqlamasında bildirdi ki, Goranboyda da artıq bu istiqamətlərdə işlər davam etdirilir: “Bu məsələ olduqca aktual bir mövzuya söykənir. Bərdə, Samux kimi qonşu rayonlarda, həmçinin Mingəçevir şəhərində yaxın günlərdə bu proses artıq həyata keçirilib. Rayonumuzda isə artıq 3 kəndində yas mərasimlərindəki ehsanlar yığışdırılıb. Digər kəndlərə də bu şamil olunacaq. Məsələni rayonumuzun Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədovla müzakirə etdik. O, bu prosesdə bizə yaxından kömək edəcəyini vurğuladı. Yaxın günlərdə rayonumuzda ictimai fəallarla birgə tədbir qurulacaq. Və tədbirdə kənd ağsaqqalları ilə birgə görüş keçiriləcək. Bununla əlaqədar ictimaiyyətə məlumat verəcəyik. Rayon sahibkarları və rayon ağsaqqalları ilə birgə bu mövzunu artıq aktuallaşdırıb maarifləndirmə işlərinə başlayacağıq. İnanırıq ki, rayonumuzun ziyalı şəxsləri tərəfindən bu mövzu ictimailəşəcək.
Düşünürük ki, Goranboy rayonu da qonşu rayonlardakı tədbirlərə qoşularaq yas mərasimlərindəki ehsanların yığışdırılmasına nail olacaq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.