Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Araz Supermarket”dən inzibati protokol yazılması xəbəri ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Baxış: 678
“Araz” supermarketlər şəbəkəsi Dövlət Gömrük Komitəsinin tərtib etdiyi inzibati protokol məsələsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 
“Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova Oxu.Az-a açıqlamasında bildirib ki, gömrük orqanları tərəfindən Qısa İdxal Bəyannamələrinin olmamasına görə tətbiq olunan inzibati protokol cərimələrinin yazılması qanunvericiliyə uyğun olaraq aparılan normal bir prosesdir:
“Belə protokollar gün ərzində onlarla şirkətə tətbiq olunur. Qeyd edilən pozuntu halı “Araz” supermarketlər şəbəkəsinin əməkdaşlıq etdiyi Türkiyə fabriklərindən birinə aiddir. Qısa idxal üçün fabrik vaxtında müraciət etmədiyindən 1500 AZN cərimə tətbiq olunub. Həmin məbləği sənədləri gec göndərdiyi üçün fabrik qarşılayacaq”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2 bəndinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda Qısa İdxal Bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
7 iyul, 11:05
Dövlət Gömrük Komitəsi “Araz Supermarket” MMC barədə inzibati protokol tərtib edib.
Report xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.