Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək

Baxış: 63
Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək


Əgər Trampın eskalasiyası davam edərsə, Ermənistanın daxili proqramları da problemlərlə üzləşəcək.

Bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami  erməni mediasına açıqlamasında deyib. 

"Ümid edirik ki, bu, uzun sürməyəcək. Lakin hesab edirik ki, bu avantüra davam edərsə, ölkənizin daxili proqramları da müəyyən problemlərlə üzləşəcək", -iranlı diplomat İrəvana xəbərdarlıq edib.

Səfir Şirqolami vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, Trampın sənaye və enerji infrastrukturuna edilən hücumları müharibə cinayətləridir və o gələcəkdə  bunnlara görə cavab verilməli olacaq.

"İran bütün ssenarilərə hazırdır. Bu vaxta qədər dözümlülüyümüzü nümayiş etdirmişik, eyni ruhda davam etməyə hazırıq və artıq həm ABŞ-a, həm də İsrailə ciddi zərbələr endirmişik.
Həm Avropada, həm də NATO-da ABŞ-ın ən yaxın müttəfiqləri bunun axmaq bir müharibə olduğu fikrini bildiriblər və onlar orada iştirak etməyə hazır deyillər”, - Xəlil Şirqolami vurğulayıb.
Tehranın Tramp marşrutu (TRIPP) ilə bağlı mümkün narahatlıqları ilə bağlı sualı cavablandıran səfir bildirib ki, biz bu məsələ ilə bağlı əvvəlcədən fikir bildirmək və ya nəticə çıxarmaq istəmirik. "Biz bu barədə əvvəllər də fikrimizi bildirmişik və Ermənistanın tranzit marşrutu kimi potensialının inkişaf etdirilməsinə qarşı olmadığımızı bildirmişik. Həmçinin Ermənistan hakimiyyəti ilə blokadanın qaldırılması, Şimal-Cənub marşrutu və Qara dənizlə Fars körfəzini birləşdirmək məsələlərini müzakirə etmişik. Həmçinin bunun təhlükəsizlik problemləri yaratmaması ilə bağlı narahatlığımızı da ifadə etmişik", - o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.