Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Təhsil Nazirliyi müəllimlərə müraciət edib

Baxış: 229

Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmaları ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov “Report”a açıqlamasında belə məcburiyyətin olmadığını deyib.
Onun sözlərinə görə, təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub:
“Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.