Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sentyabrdan ənənəvi tədris bərpa olunacaq? (RƏSMİ)

Baxış: 280

"Təhsil Nazirliyi növbəti tədris ili üçün pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsini araşdırır. Burada əsas məqsəd ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənməkdir”.
Sahibkartv.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən "oxu.az”ın sorğusuna cavab olaraq bildirilib.
Qurumdan vurğulanıb ki, müxtəlif ölkələrdə ənənəvi tədrisə qayıtmaq üçün fərqli qaydalar tətbiq olunur:

"Onu da qeyd etmək lazımdır ki, təhsil işçilərinin əksəriyyəti vaksinasiyaya cəlb olunub və bu proses hazırda davam edir.

Tələbələrin və indiyədək vaksin olunmayan digər təhsil işçilərinin vaksin olunması bu prosesin tamamlanması üçün ən yaxşı yoldur.

Bununla bağlı, sentyabradək həm vaksin olunmayan təhsil işçilərinin, həm də tələbələrin vaksin olunması prosesinin genişlənməsi əsas məsələ olmalıdır”.
Təhsil Nazirliyi cəmiyyətin bütün maraqlı tərəflərini pandemiya ilə mübarizədə öz səylərini birləşdirməyə çağırır:
"Unutmayaq ki, ənənəvi təhsilə qayıtmağın yeganə yolu vaksindən keçir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.