Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda iki həftədə 1000-dən çox şagird və müəllim koronavirusa YOLUXDU

Baxış: 182
“Martın ortalarında başlayaraq koronavirusa yoluxma sayının artması 5 şəhər və rayonda distant təhsilə keçilməsi ilə bağlı Təhsil Nazirliyinin qərar verməsinə şərait yaratdı”.
Bunu APA TV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, artıq aprelin 5-dən bu proses başlayıb: “Artıq distant təhsillə əlaqədar müəyyən ənənələr var. Əyani təhsilə keçid mərhələsinin nə zaman olması barədə dəqiq məlumat verməsək də, arzulayaq ki, bu, tez bir zamanda həyata keçirilə bilsin”.
M.Vəliyeva bildirib ki, Bakı məktəbləri üzrə ümumilikdə 1086 şagird və 695 müəllim koronavirus yoluxub: “Onlardan 739 şagird və 466 müəllim son 14 gündə koronavirusa yoluxub. Buna görə düşünürəm ki, atılan addım doğru qərardır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.