Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Rəqəmsal İqtisadiyyat və İnnovativ Təhsil - Beynəlxalq Təcrübə və Perspektivlər” – UNEC-də Beynəlxalq Dəyirmi Masa

Baxış: 135


10 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), Rus İqtisad Məktəbində “Rəqəmsal iqtisadiyyat və innovativ təhsil” mövzusunda Beynəlxalq Dəyirmi Masa keçirilmişdir. Tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf istiqamətləri, innovativ təhsil modellərinin tətbiqi və bu iki sahənin qarşılıqlı əlaqəsinin elmi və praktik aspektləri geniş şəkildə müzakirə olunmuşdur.

Sahibkartv.az xəbər verir ki, Müzakirələr zamanı rəqəmsallaşmanın iqtisadi artıma təsiri, əmək bazarının transformasiyası, yeni peşə və bacarıqlara artan tələbat, eləcə də təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Çıxış edənlər rəqəmsal transformasiya şəraitində insan kapitalının inkişafının və müasir təhsil yanaşmalarının tətbiqinin prioritet əhəmiyyət daşıdığını vurğulamışlar.

Dəyirmi masa çərçivəsində tədris prosesində və universitet idarəçiliyində süni intellektin tətbiqi, adaptiv təlim sistemləri, bulud texnologiyaları, təlim analitikası, tədris prosesinin planlaşdırılmasının optimallaşdırılması, kadr resurslarının idarə olunması, həmçinin rəqəmsal iqtisadiyyat və təhsil sahəsində kibertəhlükəsizlik məsələləri müzakirə edilmişdir. Eyni zamanda distant və onlayn təhsilin təhlükəsizliyi, rəqəmsal savadlılığın artırılması, insan faktoru və mühafizə sistemlərinin təkmilləşdirilməsi, eləcə də rəqəmsallaşmanın sosial-iqtisadi təsirləri üzrə fikir mübadiləsi aparılmışdır.

Beynəlxalq Dəyirmi Masada Azərbaycanla yanaşı Türkiyə, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, İtaliya və Finlandiyadan olan alimlər, tədqiqatçılar, təhsil mütəxəssisləri və biznes nümayəndələri iştirak etmişlər. Tədbir yerli və xarici ekspertlər, gənc tədqiqatçılar və akademik ictimaiyyət arasında elmi dialoq və təcrübə mübadiləsi üçün mühüm platforma olmuşdur.

Tədbirin yekununda irəli sürülən təklif və nəticələr ümumiləşdirilərək UNEC rəhbərliyinə təqdim olunması və dəyirmi masa materiallarının nəşrə hazırlanması qərara alınmışdır.











Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.