Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Emin Əmrullayev: Məktəblərdə sahibkarlığın tədrisi mümkündür

Baxış: 147
Emin Əmrullayev: Məktəblərdə sahibkarlığın tədrisi mümkündür


"Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür, lakin burda daha mürəkkəb məsələ bu prosesin necə və hansı yolla təşkilidir".
“Sahibkartv.az” xəbər verir ki, bunu “INMerge” innovasiya sammiti çərçivəsində təşkil edilən panel müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, bu sahədə əvvəlcə hansı yanlışlıqlara yol verməmək məsələsi düşünülməlidir:
“Mən hər dəfə innovasiya və ya yeni sahələrdən danışanda “yaşıl təhsil”, “yaşıl iqtisadiyyat” və ya “bərpa olunan enerji”ni misal gətirirəm. Keçən il Azərbaycan COP 29 tədbirinə ev sahibliyi etdi və böyük müzakirə mövzusu o idi ki, bərpa olunan enerjini Azərbaycanda necə inkişaf etdirə bilərik. Ən çox səslənən cavab bu idi: “Bərpa olunan enerji üzrə ixtisas açaq”. Amma hər kəs bilir ki, sadəcə bərpa olunan enerji üzrə diplomun olması insanı bərpa olunan enerji mühəndisinə çevirmir.
Məncə, bu, innovasiya ilə də oxşardır. Əgər siz innovasiya və sahibkarlıq üzrə magistr proqramlarının sayını artırmağa başlasanız, bu, o demək deyil ki, mütləq sahibkar məzunlar yetişəcək. Bu, proqramlardan da uzağa gedir, əslində, məsələnin kökü cəmiyyətin, yeni nəsillərin necə yetişdirilməsi, hansı mədəniyyətlə böyüdülməsi ilə bağlıdır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.