Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xaricdə ali təhsil almış şəxslərin NƏZƏRİNƏ: İmtahan vaxtı AÇIQLANDI

Baxış: 175
Xaricdə ali təhsil almış şəxslərin NƏZƏRİNƏ: İmtahan vaxtı AÇIQLANDI


Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə oktyabrın 6-da növbəti imtahan keçiriləcək
Sahibkartv.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahan saat 13:00-da başlanır. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş ərizəçilər oktyabrın 1-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər.
Qeyd edilib ki, təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.