Day, Month 00, Year
00: 00: 00 AM
"Ümid edirik, Ermənistan tərəfi imzalanmış sazişlərin bəndlərini icra edəcək"

“Rusiya Ermənistanla münasibətlərin normallaşmasında çox mühüm, hətta deyərdim ki, aparıcı rol oynayır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
“Biz bu rolu çox yüksək qiymətləndiririk və ümid edirik ki, Ermənistan tərəfi də bizim kimi imzalanmış sazişlərin bəndlərini icra edəcək”, - dövlət başçısı bildirib.
"Rusiya Azərbaycan və Ermənistan arasında müharibənin dayandırılmasında da çox mühüm rol oynadı". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüş zamanı bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə münasibətlərdə rus dilinin vacibliyini qeyd edib.
“Rus dilini bilmədən gələcək nəsillərin kommunikasiya qurması çox çətin olar”, - Prezident deyib.
Putin Azərbaycanda rus dilinə göstərdiyi dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü başlayıb.


Tarix: 22-02-2022, 16:12 Oxunub: 121


Bölməyə aid digər xəbərlər