Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan: “Qarabağdakı qələbə Türk dünyasının birliyini gücləndirdi” - VİDEO

Baxış: 231

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda işğala son qoyulmasının bütün Türk dünyası üçün əhəmiyyətini qeyd edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə xitabən bildirib.
“Cənab Əliyev, sizin müdrik rəhbərliyinizlə Qarabağdakı işğala 44 günlük qısa zamanda son qoyuldu. Bu, bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.
Vətən müharibəsi nəticəsində illərdir Birləşmiş Millətlət Təşkilatının həyata keçirmədiyi qərarlar həyata keçirilib. Bununla da Azərbaycan beynəlxalq ictimaiyyətin yaddaşına “ədalət” mesajını həkk etdi. Qarabağın azadlığının simvolu olan xarıbülbül Türk dünyası üçün zəfərin müjdəçisi oldu.
Azərbaycanın ərazi bütövlüyünün bərpası Türk dünyasının birliyini gücləndirdi. Qarabağ zəfəri sadəcə işğal altındakı torpaqları azad etməyib, eyni zamanda bölgəmizdə arzuladığımız daimi sülhə yol açdı. Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etdiyim üçün çox xoşbəxtəm”, - deyə Ərdoğan vurğulayıb.

 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.