Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Müdafiə naziri: “Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır” - VİDEO

Baxış: 253

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxış edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, konsert proqramını Azərbaycan və Türkiyənin müdafiə nazirləri, baş qərargah rəisləri, qoşun növü komandanları və digər hərbi rəhbərləri, o cümlədən hərbi qulluqçuların və şəhidlərin ailə üzvləri, qazilər izləyiblər.
Əvvəlcə Türkiyə Respublikasının İstiqlal marşı və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
General-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyənin siyasi və mənəvi dəstəyinə görə öz təşəkkürünü bildirib. Bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyi, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu qonaqların diqqətinə çatdırılıb.
Hulusi Akar isə çıxışında xalqımızı bayram münasibətilə təbrik edərək, şanlı qələbənin qazanılmasında xüsusi qəhrəmanlıq göstərən igidlərin və şəhidlərimizin heç zaman unudulmayacağını bildirib.
Sonra Türkiyənin Mehteran Birliyi tərəfindən hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya bəstəkarlarının müasir və klassik əsərlərindən ibarət musiqi parçaları təqdim olunub.
Səsləndirilən musiqi nömrələri böyük maraqla qarşılanıb və qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.

 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.