Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident: “Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq”

Baxış: 233

Bu gün Zəngilan rayonunda birinci özəl yatırım layihəsinin də təməlini qoyduq. Bu yatırım layihəsi də Türkiyə-Azərbaycan birgə layihəsidir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Ərdoğanla birgə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də bizim çiyin-çiyinə bir yerdə irəlilədiyimizi bir daha göstərir. Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. “Bu tarixi biz birlikdə yazırıq, necə ki, bütün dövr, müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.