
Azərbaycanla Qətər arasında “Ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb.
Sahibkartv.az-ın məlumatına əsasən, sazişi Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, Qətər tərəfindən isə baş nazirin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani imzalayıb.
Sazişə əsasən, Azərbaycanla Qətər arasında viza tələbi ləğv edilib.
https://twitter.com/LAbdullayevaMFA/status/1449999914180780041?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1449999914180780041%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fpolitics%2F538428





































