Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev: “Türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldu”

Baxış: 361

“44 gün ərzində bizə dəstək olan, ən böyük dəstək verən qardaş Türkiyəyə bu gün, Anım Günündə öz dərin təşəkkürümü bildirmək istəyirəm”.
Sahibkartv.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı bildirib.
Dövlət başçısı əlavə edib ki, qardaş Türkiyə və qardaş Türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər:
“Türkiyə rəhbərliyi, əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi.
Biz bunu heç vaxt unutmayacağıq. Bütün dünyaya 44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərən ölkələrə də minnətdarıq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.