21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
14 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri, səfir Petr Mixalkonu qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Petr Mixalko etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) nümayəndəsini təyinatı münasibətilə təbrik edib, onun Azərbaycan və Aİ arasında münasibətlərin inkişafına töhfə verecəyinə inandığını bildirib.
Görüşdə tərəflər, Aİ-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, o cümlədən son dövr ərzində Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərlər, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn yüksək səviyyəli görüşlərinə hazırlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş, eləcə də əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı, həmçinin Azərbaycan ilə Avropa İttifaqı əməkdaşlığının gündəliyində duran müxtəlif məsələlər, o cümlədən enerji sahəsində layihələrin həyata keçirilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Petr Mixalko Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu və fəaliyyəti müddətində bu münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, son 28 il ərzində münaqişənin həlli üzrə sərgilədiyi qeyri-konstruktiv yanaşma, 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması, hazırda bu torpaqlarda aparılanbərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə qarşı tərəfə ətraflı məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bölməyə aid digər xəbərlər