22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Azərbaycan dövləti Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətindən diplomatik tərzdə növbəti narazılığını dilə gətirib.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin BBC-yə açıqlaması belə deməyə əsas verir.
Sülhməramlılar zamanla həmin ərazilərdə 10 noyabr üçtərəfli bəyanatın təsbit etdiyi funksiya və mandatdan kənara çıxaraq, özləri üçün əlavə “vəzifə öhdəlikləri” yaradıb, onu həyata keçiriblər və ya buna cəhd ediblər.
Bakı isə bundan narahatdır və müxtəlif formalarda məsələyə etirazını dilə gətirib.
Hikmət Hacıyevin açıqlaması isə Azərbaycan Xarici İşlər Nazirliyinin sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə etiraz bildirməsindən sonraya təsadüf edir.
Görünür son məsələ Azərbaycan dövlətinin səbir kasasını daşdırıb, ona görə də Bakı sülhməramlılara öz yerini göstərmək üçün əlavə hüquqi mexanizmlərin ərsəyə gəlməsinə önəm verir.
Hikmət Hacıyev deyib ki, 10 noyabr üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni müəyyən edib. Amma cənab Hacıyevin dediklərindən anlaşılır ki, üçtərəfli bəyanatda sülhməramlıların üzərinə hüquqi öhdəliklər az qoyulub, yəqin buna görədir ki, “müəyyən dərəcədə hüquqi çərçivə” ifadəsini işlədib.
Azərbaycan isə sülhməramlı kontingentin üzərinə əlavə hüquqi məsuliyyət yükləmək niyyətindədir.
Hikmət Hacıyev qeyd edib ki, sülhməramlıların mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir.
Prezidentin köməkçisi məsələ ilə əlaqədar Rusiya ilə danışıqlar aparıldığını qeyd edib:
“Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir”, - deyə Hacıyev bildirib.
Azərbaycan Rusiyaya dəfələrlə sülhməramlıların həmin ərazilərdə müvəqqəti yerləşdirildiyini (5 il müddətinə) bəyan edib, lakin Moskvanın niyyəti deyəsən orada daimi qalmaqdır.
Kremldən gələn bu “həmlə” ilə Bakı qətiyyən razı deyil, Hikmət Hacıyev müsahibəsində bir daha sülhməramlıların müvəqqəti yerləşdirilməsini vurğulayıb.
Məsələyə regional maraqlar kontekstində yanaşanda isə, bu məsələdə Türkiyənin də maraqlı olduğu və Moskvanın hərbi iştirak imkanlarını zəiflətmək məqsədləri güddüyünü görmək mümkündür.
Türkiyə Rusiya qədər bölgədə hərbi iştiraka sahib deyil, onun fəaliyyəti ən azı görünən tərəfdən Ağdamdakı Birgə Monitorinq Mərkəzindən o tərəfə keçmir.
Türkiyə isə strateji maraqlarını regionda möhkəmləndirmək yolunu hərbi iştirakı gücləndirməkdə görür, xüsusilə Şuşa Bəyannaməsi bu zərurəti yaradır.
Qərbə gəlincə, Qərb də Rusiyanın Cənubi Qafqazda dayaqlarını möhkəmləndirərək bundan özünə qarşı yeni cəbhə açılmasından narahatlıq keçirir, hərçənd Qərbin addımlarında qətiyyət və prinsipiallıq görmək çətindir.
Sülhməramlılar üzərində əlavə hüquqi öhdəliklər:
1. Onların fəaliyyətinə konkretlik gətirməkdir və ermənilərin qol-qanad açmasına stimul verən addımlar üçün barmaq yeri qoymamaqdır,
2. Rusiya sülhməramlılarının vəzifələrindən irəli gələn öhdəliklərinin icrasını beynəlxalq hüquq çərçivəsinə salmaqdır. Bu isə açıq qalan məsələlərin həllini sürətləndirər.
Bölməyə aid digər xəbərlər