22:14 / 18-01-2025
18:11 / 18-01-2025
17:39 / 18-01-2025
17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
“Ağdamlıların doğma yurdlarına səfərini böyük qayıdışın bir simvolu kimi görürük”.
Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Xüsusi nümayəndə bildirib: “10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmadan sonra ermənilər Ağdamın azad edilməsinə məcbur edildi. Bu tarixi zəfərdən sonra, bəzi infrastruktur layihələrinin icrasına start verildi.
Ağdam rayonu bilirsiniz ki, ən çox piyada əleyhinə, tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla ən çox çirkləndirilən rayonlarımızdandır. Təəssüflər olsun ki, bu, bizim işimizdə çox böyük çətinliklər yaradır. Amma buna baxmayaraq, işlər çox sürətlə aparılır. Sözsüz ki, vətəndaşlarımızın bura cəlb edilməsi bir vaxt məsələsiydi. Biz bu səfəri böyük qayıdışın bir simvolu kimi görürük. Yəni, böyük qayıdış vətəndaşlarımızın öz dədə baba yurdlarına daimi qayıdacaqları günə qədər davam edəcək.
Vətəndaşlarımız gəlib Ağdamın indiki vəziyyəti, burada aparılan quruculuq işlərilə tanış olacaqlar. Sözsüz ki, bu, olduqca vacibdir. Çünki artıq müəyyən qədər mina təhlükəsini aradan qaldırdıqca bu səfərləri təhkükəsiz şəkildə təşkil etmək istəyirik və bunu edəcəyik. Bu gün də birinci səfərə start verdik. Səfərlər davamlı olacaq. Biz böyük məmnuniyyətlə məcburi köçkünlərin azad edilən yerlərə səfərləri üzərində düşünürük. Bunların hamısı olacaq”.
Bölməyə aid digər xəbərlər