Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azay Quliyev ATƏT PA-nın Xüsusi Nümayəndəsi təyin edilib

Baxış: 184
ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun prezidenti Marqareta Sederfelt tərəfindən ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi təyin olunub.
Sahibkartv.az ATƏT PA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xüsusi Nümayəndə bir sıra mühüm səlahiyyətlərə malikdir.
Bunlardan Cənub-Şərqi Avropa ölkələrində siyasi və seçki proseslərini, dövlət quruculuğu, regional əməkdaşlıq, bölgə ölkələrinin müəyyən etdiyi xarici siyasət prioritetlərinin təkamülü də daxil olmaqla, bölgədəki əsas siyasi və digər hadisələrin monitorinqini qeyd etmək olar.
Bundan başqa Xüsusi Nümayəndə Qərbi Balkanlar da daxil olmaqla, regional əməkdaşlıq proseslərini inkişaf etdirmək üçün parlament səviyyəsində əməkdaşlığa xüsusi yer ayırmalı, regional dialoqun inkişafına töhfə verməlidir. Diqqəti cəlb edən əsas məqamlardan biri də odur ki, bu mandata ATƏT-in Sahə Əməliyyatlarının dəstəklənməsi, ATƏT-lə ATƏT PA arasında fəaliyyətin əlaqələndirilməsi də daxildir.
Xüsusi Nümayəndə Cənub-Şərqi Avropada miqrasiya və terrorizmlə mübarizə sahəsində ATƏT institutları ilə Assambleyanın komitələri arasında kommunikasiyanın qurulmasına da kömək edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.