20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
Bir neçə gün əvvəl uzun fasilədən sonra, Rusiya, Azərbaycan və Ermənistan rəsmilərinin iştirakı ilə üçtərəfli komissiyanın iclası keçirilib.
İclasda Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və üç ölkə liderlərinin iştirakı ilə imzalanmış razılaşmanın icrasının gedişatı müzakirə edilib.
Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ikinci dəfə(!) Ermənistanın ən yüksək səviyyədə danışıqlar prosesini bərpa etməyə hazır olduğunu bildirdi.
O, eyni zamanda bəyan etdi ki, Ermənistan Respublikası Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə başlamağa razıdır.
Bir çox erməni siyasi analitiklər hesab edir ki, rəsmi İrəvan sülh müqaviləsini imzalamağa hazırdır.
Bir sıra rusiyalı ekspertlərin fikrincə, İrəvandan dinc bəyanatların səslənməsi məhz şimal qonşusunun təsiri nəticəsində baş verib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert-analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Sahibkartv.az-a açıqlamasında bildirib ki, hazırda Rusiya Federasiyasının mövqeləri möhkəmlənib.
“Qərb Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya gedəcək “Şimal axını – 2” qaz kəmərinin tikintisini başa çatdırmaq üçün yaşıl işıq yandırıb. Bundan əlavə, biz Əfqanıstanda ciddi vəziyyətin yarandığını, ABŞ və NATO-nun bu ölkədən çıxmasını müşahidə edirik. Avropanın Rusiyaya qarşı siyasətində dəyişikliklər nəzərə çarpır”.
Ekspert əlavə edib ki, hazırda Qərbin Ermənistana təzyiqi azalıb. Avropa İttifaqının və ABŞ-ın Cənubi Qafqaz bölgəsindəki mövqeləri zəifləyib:
“Bəli, burada Türkiyə mövcuddur, ancaq bu Azərbaycanla əlaqəli olan məsələdir. Beləliklə, yenə də qeyd edirəm, Rusiyanın bölgədə artan rolunu görürük. Biz hamımız Nikol Paşinyanın hakimiyyətə necə gəldiyini və sonra orada necə qaldığını bilirik. Amma indi Ermənistanın Rusiya ilə yaxın münasibətlərdə olması mütləqdir. Bunun da nəticəsində müsbət bir tendensiya ortaya çıxdı. Mən həmişə demişəm ki, vəziyyət zamanla ya sabitləşəcək, ya da partlayacaq, amma bu “partlayışdan” sonra istənilən halda sabitləşmə olacaq. Erməni tərəfi çıxılmaz vəziyyətdə düşdüyünü və yeni reallığa inteqrasiya etməli olduğunu başa düşür. Sadəcə olaraq başqa variant mövcud deyil. Mən düşünürəm ki, Cənubi Qafqaz bölgəsi konstruktiv inkişaf dinamikası qazanır. Keçən payız müharibə bitdikdən sonrada planlaşdırılan da məhz bu idi”.
Bölməyə aid digər xəbərlər