Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Politoloq: “Türkiyə və Rusiya ortaq dil tapa bilərlər, bu, ABŞ-ın xoşuna gəlmir”

Baxış: 273

Türkiyə ilə Rusiya həm Liviyada, həm Suriyada, həm də Qarabağda ortaq dil tapa bilərlər. Bu ABŞ-ın heç xoşuna gəlmir”.
Bu barədə Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova Caliber.Az-a danışıb.
O bildirib ki, burada iki harizmatik lider- Rəcəb Tayin Ərdoğan və Vladimir Putin amili rol oynayır. Onların hər ikisi də Qərbin siyasətinə zidd gedirlər, onlar Qərbin məcbur etdiyi şeyi etməyəcəklər.
“Əlbəttə, Rusiyanın S-400-lərinin Türkiyə tərəfindən alınması üçün ikinci müqavilə Türkiyə ilə Rusiya arasında yaxınlaşmanın qarşısını almaq istəyən Vaşinqtonun diqqətindən yan keçmədi. Amma bu mümkün deyil. Əlaqələr, dediyim kimi, hətta iki ölkə səviyyəsində deyil, iki lider səviyyəsində inkişaf edir”, - deyə politoloq qeyd edib.
R.Məmmədova vurğulayıb ki, bunu Türkiyə və Rusiya arasında bir tarazlıq olan Azərbaycan asanlaşdırır.
“İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin nəinki birlikdə addımlamaq, həm də birlikdə inkişaf etmək istəyirlər. Təsadüfi deyil ki, Avrasiya inkişaf modeli haqqında getdikcə daha çox məlumat eşidilir”, - deyə o bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.