
Bakı Təşəbbüs Qrupu kolonial müstəmləkəçilik, qeyri-bərabərlik siyasətindən danışarkən Azərbaycan höküməti Fransanın daxili işlərinə müdaxilədə ittiham edilir.
Bu fikirləri Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
"Mən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən ilk dəfə Strazburqa gələndə eşidiridim ki, insan hüquqları heç bir ölkənin daxili işi ola bilməz. Biz dərsimizi o zaman öyrəndik. Bu gün Bakı Təşəbbüs Qrupu kolonial müstəmləkəçilik, qeyri-bərabərlik siyasətindən danışarkən artıq Azərbaycan höküməti Fransanın daxili işlərinə müdaxilədə ittiham edilir. Hesab edirik ki, insan hüquqları universal məsələdir. Bakı Təşəbbüs Qrupu qeyri hökümət təşkilatıdır və bəlkə də bu gün ən səmərəli QHT-lərdən biridir ki, bu məsələni qlobal gündəliyə salıb".
Dövlət başçısı əlavə edib ki, uzun illərdir, Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasəti nəticəsində əziyyət çəkir. Orada hətta nüvə testləri həyata keçirilir:
"Polineziyada, bəlkə, 200-dən artıq nüvə sınaqları keçirilib. Bu gün baxsaq, görərik ki, yüzlərlə insan bundan əziyyət çəkib. Bu gün Bakı Təşəbbüs Qrupu hər hansı bir hibrid müharibədə ittiham edilir. Zənnimcə, bu, müstəqil medianın mühüm missiyasıdır. Uzun illər ərzində Yeni Kaledoniyada, Polineziyada olan problemləri səsləndirmək istəyən jurnalistlər təqiblərə məruz qalır, onalr şantajın qurbanı olurdurlar. Hətta mənə məlumat verildi ki, Bakı Təşəbbüs Qrupunun keçirdiyi beynəlxalq tədbirlərdə həmin insanlar İsveçrədə belə saxlanılıblar. Bəziləri istintaqa cəlb ediliblər. Baxın, insan hüquqlarından danışan ölkə özünü necə aparır, necə rəftar edir. Yəni bumeranq çox səmərəli alətdir".
İlham Əliyev vurğulayıb ki, Azərbaycana hücum edənlər onun imkanlarını düzgün qiymətləndirmədirlər:
"Əlbəttə ki, bu, Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən daha geniş bir məsələdir. Burada medianın rolu çox vacibdir. Media özündə cəsarət taparaq bu müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparmalıdır. Bu, bizim Fransa ilə münasibətlərimizə aid deyil. Fransanın bizim süverneliyimizlə bağlı mövqeyi bizim əlaqələrimizə təsir etdi".







































