Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub

Baxış: 72
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Müalicə-Sağlamlıq Mərkəzini ziyarət ediblər.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatlar Azərbaycan hökumətinin işğaldan azad edilmiş bölgəyə qayıdan əhali üçün tibbi xidmətinin yaxşılaşdırılmasına yönəlmiş səylərinə heyran qalıblar.

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.