Əliyevdən Rusiyaya açıq MESAJ – Səfirliyimizi və təyyarəmizi vuran ölkə...
Tarix: 16-02-2026, 11:50
/
Baxış: 1 179
Azərbaycan Kiyevdəki səfirliyinin Rusiya tərəfindən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edir. Xəbər verildiyi kimi, bunu ötən həftəsonu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələr zamanı söyləyib. Prezident vurğulayıb ki, nəinki Azərbaycanın Ukraynada enerji infrastrukturuna zərbələr endirilib, ölkəmizin Ukraynadakı səfirliyinə 3 dəfə zərbə olub: “Birinci hücuma gəldikdə elə bilirdik, bu, təsadüfi olub. Daha sonra Rusiya tərəfinə Azərbaycanın diplomatik nümayəndəliklərinin, konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını verdik. Ondan sonra iki hücum oldu. Bu, Azərbaycanın diplomatik nümayəndəliklərinə bilərəkdən hücumdur”.
Qeyd edək ki, elə həmin gün Rusiya XİN-i bu fikirlərə etiraz edərək, günahı növbəti dəfə Ukrayna tərəfinin üstünə atıb. Prezidentin Münxendə Rusiyaya ünvanlı bu narazılığı xatırlatması nəyin ismarışıdır? Hazırda ikitərəfli münasibətlərdə gəldiyimiz nöqtə hansıdır? AZAL təyyarəsi ilə bağlı səhifə bağlanmış sayıla bilərmi?
Yada salaq ki, 2022-ci il fevralın 22-də - Ukraynaya hərbi təcavüzün başlamasına iki gün qalmış Azərbaycan və Rusiya liderləri strateji müttəfiqliyə dair bəyannamə imzaladı. Lakin müharibənin gedişində "müttəfiq" Rusiya Qroznıda təyyarəmizi, Kiyevdə səfirliyimizi raketlə vurdu.
Müttəfiqlik beləmi olur? Moskva bəyannaməsi pozula, yaxud qüvvədən salına bilərmi?
Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, təyyarəmizin də qəsdən vurulduğu qənaətindədir. Onun sözlərinə görə, bu fikri ilk söyləyənlərdən olub: “Rusiya Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir. Bütün bu hücumlar da təzyiq məqsədi daşıyıb. Moskva Bakını öz yanında görmək istəyir. Ancaq onun diktəsi ilə hərəkət etmək bir öhdəliyimiz yoxdur. Azərbaycanın milli maraqları nəyi tələb edirsə, dövlət siyasətimiz onu reallaşdırır. Azərbaycan Rusiyanın maraqlarını ifadə etmək niyyətində deyil. Ona görə də Rusiya təyyarəmizi vurdu, Xarkovda konsulluğu, Kiyevdə səfirliyimizi hədəf aldı. Bu addımlar cinayətdir və Azərbaycanın Cənubi Qafqazda tutduğu mövqe Kremli qane etməməsindən irəli gəlir”.
E.Musayev hesab edir ki, Azərbaycan Prezidenti yerində deyib və həqiqəti söyləyib: “Bu da siyasi münasibətlərin göstəricisidir. Rusiya tələblərimizi yerinə yetirmək əvəzinə səfirliyimizə raket atmaqla gərginliyi daha da artırmışdı. Hazırda əlaqələrin normallaşması üçün qarşı tərəfin addım atması lazımdır”.
Siyasi ekspert Ramiyə Məmmədova isə Rusiya ilə əlaqələrin tezliklə yaxşılaşacağını gözləmir: “Ancaq düşünmürəm ki, Moskva bəyannaməsi ləğv oluna bilər. Bu sənəd həm də Rusiyanın götürdüyü öhdəliklərdir. Sadəcə, beynəlxalq hüququ tanımayan, öz xalqını Ukraynada qırdıran, öz etnosundan olan millətə hücum edən bir dövlətin imzaladığı müqaviləyə güvənmək olmaz. Rusiya sözünün üstündə duran olsaydı, Putin Düşənbədə verdiyi vədləri yerinə yetirərdi”. Ekspert əlavə edib ki, Rusiya Cənubi Qafqazı itirib və geri qayıdışı üçün bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əməl etməlidir.
Digər xəbərlər
Xəbər lenti
16:53
14-10-2026
14-10-2026
16:23
14-10-2026
14-10-2026
15:46
14-10-2026
14-10-2026
15:17
14-10-2026
14-10-2026
15:00
14-10-2026
14-10-2026
13:32
14-10-2026
14-10-2026
13:11
14-10-2026
14-10-2026
12:37
14-10-2026
14-10-2026
12:33
14-10-2026
14-10-2026
12:12
14-10-2026
14-10-2026
12:02
14-10-2026
14-10-2026
11:59
14-10-2026
14-10-2026
11:55
14-10-2026
14-10-2026
11:51
14-10-2026
14-10-2026
11:48
14-10-2026
14-10-2026
11:17
14-10-2026
14-10-2026
11:07
14-10-2026
14-10-2026
10:47
14-10-2026
14-10-2026
10:43
14-10-2026
14-10-2026
10:01
14-10-2026
14-10-2026
09:57
14-10-2026
14-10-2026
09:29
14-10-2026
14-10-2026
09:26
14-10-2026
14-10-2026
09:00
14-10-2026
14-10-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Suvarma ilə məhsuldarlıq arasında yeni iqtisadi əlaqə
14-10-2026 16:53
/
855
Əkinçilikdə su planlaması gələcəyin biznes modelinə çevrilir
14-10-2026 16:23
/
945
Fermerlərin yeni qazanc formulu su ilə başlayır
14-10-2026 15:46
/
990
Torpağın susuzluğu bazarın boşalmasına səbəb olur
14-10-2026 15:17
/
1 071
Sahibkarlar niyə suvarma texnologiyalarına üz tutur?
14-10-2026 15:00
/
1 161
2026-da suyu idarə edən fermer bazarı idarə edir
13-10-2026 22:11
/
1 233








































