Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan XİN: Soyqırımın qarşısının alınmasına, dini və etnik nifrətə qarşı mübarizəyə sadiqik

Baxış: 144
Azərbaycan XİN: Soyqırımın qarşısının alınmasına, dini və etnik nifrətə qarşı mübarizəyə sadiqik


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 yanvar – Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə bağlı paylaşım edib.

Bu barədə nazirlik "X" sosial media hesabında post paylaşıb.

"27 yanvar – Beynəlxalq Holokostu Anma Günündə insanlıq tarixinin ən dəhşətli cinayətlərindən birinin qurbanlarını dərin ehtiramla yad edirik.

Biz soyqırımı və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına, dini və etnik nifrətə, eləcə də dözümsüzlüyün bütün formalarına qarşı mübarizəyə sarsılmaz sadiqliyimizi bir daha bəyan edirik", - paylaşımda qeyd olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.