Prezident investorlara çağırış etdi: “Sözümüz imzamız qədər dəyərlidir”
Tarix: 9-01-2026, 09:26
/
Baxış: 738
Prezident investorlara çağırış etdi: “Sözümüz imzamız qədər dəyərlidir”
İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş stansiyanın açılış mərasimində çıxışından: "Azərbaycan etibarlı dövlətdir"
Azərbaycan Prezidenti İlham Əliyev xarici və yerli investorları ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırıb.
Dövlət başçısı bu fikirləri Bakıda – “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində səsləndirib.
Prezident bildirib ki, Azərbaycan investisiyalar üçün etibarlı və proqnozlaşdırılan ölkədir. Onun sözlərinə görə, yeni investisiya istiqamətləri sırasında enerji saxlanc mərkəzləri, süni intellekt üçün data mərkəzləri və alternativ enerji layihələri xüsusi yer tutur. Dövlət başçısı vurğulayıb ki, bərpa olunan enerji sahəsinə xarici investorların marağı yüksəkdir və bu günə qədər həmin layihələrə yüz milyonlarla dollar vəsait yatırılıb.
“Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur. Uzun illərdir icra edilən neft kontraktlarında bir dənə də olsun maddə, hətta bir söz belə dəyişdirilməyib və dəyişdirilməyəcək. Bu, investorlar üçün ən vacib amillərdən biridir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir”, – deyə Prezident qeyd edib.
İlham Əliyev bildirib ki, indiyədək ölkə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb olunub və Azərbaycanın maliyyə vəziyyəti hazırda olduqca müsbətdir. Aparılan iqtisadi islahatların beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirildiyini xatırladan Prezident ölkənin kredit reytinqinin investisiya səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Bununla yanaşı, bir neçə gün öncə Dünya Bankı Azərbaycanda birbaşa xarici investisiyalarla (BXİ) bağlı əsas çağırışları açıqlayıb. Hesabata görə, Azərbaycanda BXİ-lərin əsas hissəsi neft, qaz və mədənçilik sektorlarına yönəlir. Bu investisiyalar hasilat texnologiyalarının inkişafına və büdcə gəlirlərinin artmasına töhfə versə də, anklav xarakter daşıyan bu sahələr iqtisadiyyatın digər sektorlarına texnologiya və məhsuldarlıq ötürülməsini məhdudlaşdırır.
Dünya Bankının qiymətləndirməsinə əsasən, bu model yerli təchizatçı şəbəkələrinin formalaşmasına zəif təsir göstərir və qeyri-neft sektorunda genişmiqyaslı məhsuldarlıq artımı təmin olunmur. Bu baxımdan Azərbaycan Qazaxıstan və Rusiya ilə eyni qrupda yer alır. Müqayisə üçün Mərkəzi Avropa ölkələrində istehsala yönəlmiş xarici investisiyaların yerli avtomobil və elektronika sənayesinin formalaşmasına güclü impuls verdiyi qeyd olunur.
Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar həcmində birbaşa xarici investisiya cəlb edilib, xaricə yönəldilmiş birbaşa investisiyaların həcmi isə 2 milyard dollar təşkil edib. Nəticədə BXİ balansında 1,2 milyard dollarlıq kəsir yaranıb. Bu investisiyaların 78,5 faizi yenə də neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektoruna cəlb edilən 1 milyard 19 milyon dollarlıq investisiyanın mühüm hissəsi – 304,9 milyon dolları isə gəlirlərin təkrar investisiyasıdır. Bu da xaricdən real sərmayə axınının hələ də məhdud olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, neft-qaz sektoruna yatırılan investisiyaların iqtisadiyyatın digər sahələrində multiplikator effekti yaratmamasının əsas səbəbləri inhisarçılıq, rəqabət mühitinin zəifliyi və məhkəmə-hüquq sisteminə inamın aşağı olmasıdır. Dominant mövqeyə malik qruplar bir çox hallarda yeni investorların bazara daxil olmasının qarşısını alır və bu, dövlətin təqdim etdiyi güzəşt və stimulların effektini azaldır.
Son illər bu sahədə müəyyən addımlar atılıb: dövlət-özəl tərəfdaşlığı mexanizmi yaradılıb, Rəqabət Məcəlləsi qəbul olunub, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda investorlar üçün geniş vergi güzəştləri tətbiq edilib. Artıq Naxçıvanda istehsal sahələrinin yaradılması ilə bağlı müraciətlərin artması da müşahidə olunur.musavat.com
Lakin bütün bunların fonunda məhkəmə-hüquq sistemində real və dərin islahatların aparılması, mülkiyyət toxunulmazlığının praktikada təmin edilməsi əsas çağırış olaraq qalır. Neft hasilatının və ixrac gəlirlərinin azaldığı bir dövrdə dayanıqlı iqtisadi inkişaf məhz bu amillərdən asılıdır.
Digər xəbərlər
Xəbər lenti
17:49
05-08-2026
05-08-2026
17:33
05-08-2026
05-08-2026
17:17
05-08-2026
05-08-2026
16:53
05-08-2026
05-08-2026
16:23
05-08-2026
05-08-2026
16:00
05-08-2026
05-08-2026
15:46
05-08-2026
05-08-2026
15:30
05-08-2026
05-08-2026
15:17
05-08-2026
05-08-2026
15:00
05-08-2026
05-08-2026
14:20
05-08-2026
05-08-2026
14:14
05-08-2026
05-08-2026
14:11
05-08-2026
05-08-2026
13:38
05-08-2026
05-08-2026
12:33
05-08-2026
05-08-2026
12:16
05-08-2026
05-08-2026
12:12
05-08-2026
05-08-2026
11:49
05-08-2026
05-08-2026
11:41
05-08-2026
05-08-2026
11:12
05-08-2026
05-08-2026
11:06
05-08-2026
05-08-2026
10:45
05-08-2026
05-08-2026
10:42
05-08-2026
05-08-2026
10:01
05-08-2026
05-08-2026
09:52
05-08-2026
05-08-2026
09:47
05-08-2026
05-08-2026
09:42
05-08-2026
05-08-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Kənd Təsərrüfatında Dayanıqlı İnkişafın Sirri
05-08-2026 17:49
/
63
Fermerlərin Yeni Nəsli Daha Çox Qazanır
05-08-2026 17:33
/
72
Aqrar İxracın Güclənməsi Nədən Asılıdır?
05-08-2026 17:17
/
72
Torpaqdan Yüksək Gəlir Əldə Etməyin Real Yolları
05-08-2026 16:53
/
99
Əkinçilikdə Yeni Düşüncə Tərzi Formalaşır
05-08-2026 16:23
/
108
Fermerin Gələcəyini Quracaq Beş Əsas Addım
05-08-2026 15:46
/
99








































