
"2026–2027-ci illər Ermənistan üçün dönüş nöqtəsi hesab edilə biləcək mürəkkəb və taleyüklü dövrdür. Planetlərin mövqeyi ölkənin siyasi həyatında mühüm dəyişikliklərin baş verəcəyinə işarə edir".
Bu fikirləri Musavat.com-a astroloq Tünzalə Rafiqqızı 2026-cı il 7 iyun tarixində keçiriləcək Ermənistan parlament seçkiləri və Baş nazir Nikol Pashinyanla bağlı astroloji analizini bölüşərkən deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın doğum xəritəsində aktivləşən tranzitlər onun siyasi səhnədən tamamilə çəkiləcəyini göstərmir:"Əksinə, xəritədə hakimiyyətdə qalmaq və siyasi təsirini qorumaq potensialı görünür. Bununla yanaşı, qarşıdakı dövrdə onun üzərinə düşən məsuliyyətlərin və təzyiqlərin əhəmiyyətli dərəcədə artacaq".
fikrincə, seçkilərdən sonra Ermənistanın əsas gündəmi daxili siyasi mübarizədən daha çox regional məsələlər olacaq:"Xüsusilə Azərbaycanla münasibətlər, sülh sazişi, sərhəd məsələləri və yeni geosiyasi istiqamətin müəyyənləşdirilməsi ön plana çıxacaq. Seçki nəticələri Paşinyanın siyasi gücünü tam zəiflətməyəcək. Lakin əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb koalisiya danışıqları, daha güclü müxalifət və daha çətin idarəetmə prosesi müşahidə oluna bilər.
2026-cı ilin ikinci yarısı və 2027-ci ilin əvvəlləri Ermənistanın siyasi kursunun yenidən formalaşdığı, regionda isə diplomatik proseslərin sürətləndiyi bir mərhələ kimi yadda qala bilər".




































