Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanla Maldiv arasında viza rejimi ləğv edildi - Qərar

Baxış: 180
Azərbaycanla Maldiv arasında viza rejimi ləğv edildi - Qərar


Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. 

Deputatlar 14 məsələni müzakirə edir.

Deputatlar ilk olaraq Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə ediblər.

Qanun layihəsini təqdim edən deputat Rizvan Nəbiyev bildirib ki, Azərbaycan vətəndaşı vizasız Maldivə  90 günlük səfər edə bilər. "90 gündən artıq qalmaq istəyən və tələbə kimi oxumaq istəyənlər bununla bağlı əvvəlcədən prosedur qaydalara uyğun məsələləri həll etməlidir",-o qeyd edib.

Deputatlar sənədə səs verərək qəbul ediblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.