Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto

Baxış: 243
Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto


Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib.

 Bakupost.az xəbər verir ki, Prezident.az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib. Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır.

Saytın arxiv hissəsində Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam və Prezident İlham Əliyevin ordeni şəxsən təqdim etdiyi video da artıq açılmır.

Adların geri alınması ilə bağlı sərəncam verilməsə də, bu, prosesin başladığını göstərir. Rəsmi sərəncamın məhkəmədən sonra veriləcəyi gözlənilir.

R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir. Belə ki, o, 2008-ci ildə “İstiqlal" ordeni, 2013-cü ildə “Şərəf” ordeni, 2018-ci ildə “Şöhrət” ordeni, 2019-cu ildə “Heydər Əliyev ordeni” ilə təltif olunub.

Xatırladaq ki, Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.