Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kamran Əliyev iş adamı Adnan Əhmədzadənin istintaqı ilə bağlı münasibət bildirib

Baxış: 126
Kamran Əliyev iş adamı Adnan Əhmədzadənin istintaqı ilə bağlı münasibət bildirib


Azərbaycanın Baş prokuroru Kamran Əliyev iş adamı Adnan Əhmədzadənin istintaq işi üzrə hər hansı bir əlavə məlumatın verilməsinin məqsədəmüvafiq olmadığını deyib.

 "Report" məlumatına görə, jurnalistlərlə söhbətində K.Əliyev bildirib ki, bu barədə istintaqı aparan orqan tərəfindən açıqlama verilib.

"Adnan Əhmədzadənin işi üzrə istintaqı aparan orqan tərəfindən açıqlama verilib. İstintaqın indiki mərhələsində hər hansı əlavə məlumat vermək istintaqın taktikası baxımından məqsədəmüvafiq deyil".

Qeyd edək ki, Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində şübhəli bilinir və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.