Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibə Qafarova: Azərbaycan təcrübəsindən bir çox dünya ölkələri faydalanacaq

Baxış: 120
Sahibə Qafarova: Azərbaycan təcrübəsindən bir çox dünya ölkələri faydalanacaq


Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci il BMT-nin 80-ci Baş Assambleyasındakı çıxışı Azərbaycanın yaratdığı yeni reallığın dünyaya təqdimatı baxımdan mühüm tarixi əhəmiyyət kəsb edir.

Bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin payız sessiyasının ilk plear iclasında açılış nitqi ilə çıxış edərkən deyib.

Spiker bildirib ki, cənab Prezident BMT tribunasından çıxışında Azərbaycanın onilliklər ərzində işğala məruz qalan ölkə statusundan qalib və regional lider ölkə statusuna qalxdığını beynəlxalq aləmə təqdim edib. 

Spiker əlavə edib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması və digər sənədlər bölgədə dayanıqlı sülhün əldə edilməsi istiqamətində mühüm addımdır. “Sülh ancaq beynəlxalq hüquq normaları daxilində mümkündür”, - o qeyd edib.

Milli Məclis sədri əlavə edib ki, Prezident BMT tribunasında işğaldan azad edilən torpaqlarda minalardan təmizlənmə, ata yurdlarından didərgin düşnən insanların qayıdış prosesi haqqında geniş məlumat verib. “Ümumiyyətlə cənab Prezident BMT tribunasında dünyaya Azərbaycanın böyük bacarıqlara malik dövlət modelini təqdim edib”, - o vurğulayıb.

Sədr onu da bildirib ki, bu gün Azərbaycan Avropa ilə Asiyanın inkişafına töhfə verən bir bağlantı qovşağına çevrilib və cənab Prezident bunun əhəmiyyətini  mötəbər tribunadan beynəlxalq aləmə təqdim edib. “Prezident dövlətlərin daxili işinə müdaxilə etmədən, iki standartlardan uzaq beynəlxalq hüquqa hörmət əsasında əməkdaşlığa üstünlük verdiyini beynəlxalq aləmin diqqətinə çatdırıb. İnamla demək olar ki, Prezidentin bu fikirləri və Azərbaycan təcrübəsi bir çox dövlətlər üçün əhəmiyyətli olacaq və bu təcrübədən faydalanacaqlar”, - spiker qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.