Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Haber Global": "Azərbaycanın qələbəsi: Suverenliyin bərpası əməliyyatının ikinci ildönümü"

Baxış: 128
"Haber Global": "Azərbaycanın qələbəsi: Suverenliyin bərpası əməliyyatının ikinci ildönümü"


"Azərbaycan Ordusunun Qarabağda konstitusiya quruluşunun bərpasına yönəlmiş antiterror əməliyyatına başlamasından iki il ötür. 24 saatdan az müddətdə qeyri-qanuni erməni qüvvələrinin silahlarını yerə qoymağa məcbur edən antiterror əməliyyatında qələbə qazanılması ilə yanaşı, Azərbaycan bütün əraziləri üzərində suverenliyini bərpa etmiş oldu".

Bu barədə "Haber Global"ın hazırladığı videosüjetdə bəhs edilir.

"Vətən müharibəsindəki zəfərdən sonra həyata keçirilən antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Ermənistan silahlı qüvvələri 2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli Bəyannaməyə baxmayaraq, Qarabağdan tamamilə çıxmamışdı. Ermənistan tərəfindən qeyri-qanuni silahlı birləşmələrin silahla təmin olunması həyata keçirilir, Qarabağa hərbi sursat və silahların daşınmaları davam edirdi. Erməni qüvvələri Azərbaycan Ordusunun mövqelərini sistemli şəkildə atəşə tutur, ərazinin minalanmasını davam etdirirdi. Separatçı qüvvələrin yeni hökumət qurmaq cəhdləri və qeyri-qanuni silahlı qruplaşmalara maliyyə və siyasi dəstəyi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlığının göstəricisi idi.

2023-cü il 19 sentyabr tarixində Xocavənddə, Əhmədbəylidə (Füzuli) və Füzuli - Şuşa avtomobil yolunda erməni qüvvələri tərəfindən yerləşdirilmiş minalar partladı. Azərbaycanlı polis əməkdaşları və mülki şəxslər həlak oldular. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qanunsuz erməni silahlı qruplaşmalarına qarşı antiterror əməliyyatının keçirilməsi üçün düyməyə basıldı", - deyə materialda qeyd edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.